sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zelenski Trampın müharibəni dayandıra biləcəyinə əminliyini ifadə edib
“Trampın müharibəni dayandıra biləcəyinə əminəm”.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mediaya müsahibəsində deyib.
“Bayden bu müharibəni dayandıra bilmədi. Əminəm ki, prezident Tramp bunu bacaracaq. Məncə, əsas fərq elə bundadır”-Zelenski vurğulayıb.
Zelenski Putinin Trampa yalan danışdığını və ABŞ liderinin özünün də bunu bildiyini qeyd edib.
“Trampın nümayəndəsi Kelloqun gəlişi ilə iki gün Ukraynaya qarşı kütləvi zərbələr baş vermədi. Bu onu göstərir ki, Putin Amerikadan qorxur. İnsanlar bununla bağlı zarafat da edirlər- General Kelloqa Ukrayna pasportu verib bu ölkədə yaşamasına icazə vermək lazımdır”- Zelenski əlavə edib.
Oxşar xəbərlər
Zelenski: Trampı Putinin sülh istiqamətində nizamlanma ilə bağlı yalan danışdığına inandırmaq lazımdır
Zelenski: Tramp Putini dayandıra bilər
Zelenski: Ukrayna münaqişəsinin həlli Trampın əlindədir
Zelenski: Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq
Tramp Putinin müharibəni bitirmək istədiyini deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
