Sizinxeber.az » DÜNYA » MDB » Lavrov: Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır

Lavrov: Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır

Tramp münaqişəni davam etdirmək istəyən NATO və Aİ-nin nalayiq təzyiqi altındadır.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Trampın Ukraynada nizamlanma üçün 50 günlə bağlı açıqlamalarının arxasında nə olduğunu anlamaq istəyir.

Lavrov qeyd edib ki, Avropa liderləri Kiyevə Rusiya ilə danışıqlar aparmağı qadağan edir.

O, Rusiya ilə danışıqların üçüncü raundunun artıq Ukrayna tərəfindən xatırlanmadığını və Kiyevin nümayəndə heyətinin tərkibini də dəyişdiyini söyləyib: “Əgər Kiyev İstanbul formatını tükənmiş hesab edirsə, bu, onun ukraynalılara biganə münasibətini sübut edir”.

Lavrov Rusiya Federasiyası və Ukraynanın memorandum layihələrinin bir-birinə əks olduğunu, lakin danışıqlar üçün hər zaman imkanı olduğunu qeyd edib.

Rusiya XİN başçısı ABŞ və Aİ-nin sanksiya təhdidlərindən də danışıb. O vurğulayıb ki, Rusiya sanksiyaların öhdəsindən gəlir və yenilərinin də öhdəsindən gələcək: “Rusiyaya qarşı sanksiya müharibələrinin müəllifləri bundan ziyan görəcək. Başqasına quyu qaz mayın!"

Lavrov Rusiyanın ticarət tərəfdaşlarının Qərbin təhdidləri fonunda öz öhdəliklərindən boyun qaçıracağına inanmadığını əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !