Lavrovun müavini Ermənistan səfiri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Lavrovun müavini Ermənistan səfiri ilə görüşüb


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan ilə görüşüb.

Sizinxeber.az-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli və regional gündəliyə dair bir sıra məsələlər, o cümlədən qarşıdan gələn Rusiya-Ermənistan təmaslarının qrafiki müzakirə edilib.

Söhbət zamanı səfirə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi ilə bağlı mövqe bildirilib. Bu kontekstdə Rusiya və Ermənistanın müvafiq qurumları arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifi təsdiqlənib.

Oxşar xəbərlər

Azərbaycanın Rusiyadakı səfiri Lavrovun müavini ilə görüşüb
Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb
Mixail Qaluzin və Mehmet Kamal Bozay arasında məsləhətləşmələr aparılıb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
Ermənistanın Moskvadakı yeni səfiri etimadnaməsini Rusiya XİN-ə təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər