Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2025
21:50

Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb

28 in, 2025
21:50
516

Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan İstanbul səfəri çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüş keçirib.

Sizinxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər regional kommunikasiya imkanlarını və ölkələr arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, bu, Xudatyanın ötən gün energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla keçirdiyi görüşdən sonra Türkiyə rəsmiləri ilə ikinci yüksək səviyyəli təmasıdır.

Bizimlə əlaqə saxlayın