Главная > Digər ölkələr > “Tiktoker” Xabi Leym ABŞ-da hava limanında saxlanılıb
“Tiktoker” Xabi Leym ABŞ-da hava limanında saxlanılıb8-06-2025, 08:00. Разместил: Rss Bot Report |
|
ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi “tiktoker” Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb. “Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib. “TikTok sosial” şəbəkəsinin məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var. Вернуться назад |