Главная > Digər ölkələr > Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub

Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub


7-06-2025, 17:00. Разместил: Rss Bot Report

Ukraynanın Odessa vilayətindəki Zatoka kurortunda iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukraynanın KİV-ləri Odessa vilayəti polisinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, partlayış iki nəfər dənizdə çimən zaman baş verib. Onların şəxsiyyətləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.


Вернуться назад