Главная > Digər ölkələr > Almaniyada sürücü avtomobili məktəblilərin üzərinə sürüb, xəsarət alanlar var
Almaniyada sürücü avtomobili məktəblilərin üzərinə sürüb, xəsarət alanlar var4-06-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Kölnün (Almaniya) yaxınlığında yerləşən Hürt şəhərində sürücü avtomobili ibtidai məktəb şagirdlərinin üzərinə sürüb. "Report" xəbər verir ki, bu barədə "Bild" yerli polisə istinadən məlumat yayıb. Hadisə nəticəsində iki uşaq xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə təxminən günorta saat 12:15-də baş verib. Ətraf mühasirəyə alınıb, hadisə yerinə tibbi helikopter gəlib. Polis bildirib ki, qəsdən vurma əlamətləri aşkar edilməyib. Вернуться назад |