Главная > Digər ölkələr > Merkel: Qeyri-qanuni miqrasiya ilə mübarizə Avropanı parçalaya bilər
Merkel: Qeyri-qanuni miqrasiya ilə mübarizə Avropanı parçalaya bilər23-05-2025, 02:00. Разместил: Rss Bot Report |
|
Almaniyanın keçmiş kansleri Angela Merkel qeyri-qanuni miqrasiya ilə mübarizə səbəbindən Avropanın dağıla biləcəyindən ehtiyat etdiyini bildirib. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Merkel Noy-Ulm şəhərində keçirilən forumda deyib. O, hazırkı Almaniya hökumətinin tətbiq etdiyi sərhəd nəzarətinin sərtləşdirilməsinə qarşı çıxış edərək, miqrasiya probleminin həllinə ümumavropa yanaşmasının zəruriliyini vurğulayıb. “Düşünmürəm ki, biz Almaniya-Avstriya və ya Almaniya-Polşa sərhədində qeyri-qanuni miqrasiyanı nəhayət dəf edə bilək”. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrin birtərəfli addımları Avropanın hərəkət azadlığı bahasına başa gələ bilər. Buna görə də Merkel qeyri-qanuni miqrasiya ilə mübarizə yollarını birgə axtarmağa çağırıb: “Əks halda, Avropanın parçalanmasını izləməli ola bilərik”. Вернуться назад |