Главная > Digər ölkələr > ABŞ-nin vitse-prezidenti: Tanqo rəqsi üçün iki nəfər lazımdır
ABŞ-nin vitse-prezidenti: Tanqo rəqsi üçün iki nəfər lazımdır20-05-2025, 01:30. Разместил: Rss Bot Report |
|
ABŞ prezidenti Donald Tramp Rusiya və Qərbi bir-birinə olan əsaslı inamsızlığı aradan qaldırmaq üçün işləməyə çağırır. “Report” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bəyan edib. “Rusiya ilə Qərb arasında əsaslı inamsızlıq var. Bu, prezidentin düşündüyü şeylərdən biri, səmimi desək, axmaqlıqdır ki, biz keçmişin səhvlərindən irəli gedə bilməliyik”, - Vens bildirib. O daha sonra fikrini belə davam etdirib: “Bununla belə, tanqo rəqsi üçün iki nəfər lazımdır. Mən bilirəm ki, prezident Tramp bunu etməyə hazırdır. Amma əgər Rusiya bunu etmək istəmirsə, biz son nəticədə deyəcəyik - bu bizim müharibəmiz deyil”. Вернуться назад |