Главная > Digər ölkələr > Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib10-05-2025, 14:30. Разместил: Rss Bot Report |
|
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyünü bəyan edib. “Sizinxeber.az”un “RBK Ukrayna”ya xəbər verir ki, o, bu barədə “Neue Osnabrücker Zeitung”a müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, Ukraynanın həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq perspektivi var: "NATO-da biz birlikdə razılaşdıq ki, Ukrayna müdafiə alyansına qoşulmaq yolundadır". Eyni zamanda, nazir xatırladıb ki, Almaniyanın yeni kansleri Fridrix Merts seçilməzdən əvvəl Ukraynanın NATO-ya yalnız müharibə bitdikdən sonra daxil ola biləcəyini vurğulayıb. Вернуться назад |