Главная > Digər ölkələr > ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib
ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib23-04-2025, 16:30. Разместил: Rss Bot Report |
|
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynada münaqişənin hazırkı qoşunların təmas xətti boyunca dondurulmasına çağırıb. "Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir. C.Vens ABŞ-nin Rusiya və Ukraynaya sülh sazişi ilə bağlı "dəqiq təkliflər" verdiyini bildirib. "Fikrimcə, son addımlardan birinə keçməyin vaxtı çatıb - döyüşlərin dayandırıldığı, mövcud cəbhə xətlərinin dondurulmasının bəyan edildiyi mərhələyə keçmək lazımdır", - o bildirib. Vitse-prezident həmçinin vurğulayıb ki, sülhə nail olmaq üçün Ukrayna və Rusiya hazırda nəzarət etdikləri ərazilərin bir hissəsindən imtina edə bilərlər. Вернуться назад |