Главная > Digər ölkələr > Rutte: Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir
Rutte: Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir16-04-2025, 06:00. Разместил: Rss Bot Report |
|
Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir. Lakin bunu Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi ilə əlaqələndirmək olmaz. “Reoport”un “RBC-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Mark Rutte telemarafon zamanı efirdə deyib. Baş katib əmin edib ki, bütün müzakirələrə baxmayaraq, Ukraynanın NATO-ya üzvlük məsələsi alyansın gündəmində qalır: “Bu, Vaşinqton sammitinin nəticəsi idi: Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç nə də dəyişməyib. Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”. Qeyd edək ki, Kiyev 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edib, lakin bu baş verməyib. Вернуться назад |