Главная > Digər ölkələr > Cənubi Koreya Konstitusiya Məhkəməsi ədliyyə nazirinin impiçmentini rədd edib

Cənubi Koreya Konstitusiya Məhkəməsi ədliyyə nazirinin impiçmentini rədd edib


10-04-2025, 11:00. Разместил: Rss Bot Report

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi ədliyyə naziri Pak Son Çjenin impiçmentini rədd edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Konstitusiya Məhkəməsinə istinadən məlumat yayıb.

Məhkəmə, ədliyyə nazirinin 2024-ci ilin sentyabrında parlamentin sorğusuna cavab olaraq sənədləri təqdim etməməsini qanun pozuntusu hesab edib. Lakin bu onun vəzifədən kənarlaşdırmağa əsas verməyib.

Qeyd edək ki, dekabrın 12-də parlamentin 300 deputatından 195-i ədliyyə nazirinin impiçmenti lehinə səs verib. Parlament naziri "prezidentin qiyamında iştirakda" ittiham edib.


Вернуться назад