Главная > Digər ölkələr > Rumıniya vətəndaşı Britaniyada anbarda yanğınla bağlı həbs edilib

Rumıniya vətəndaşı Britaniyada anbarda yanğınla bağlı həbs edilib


10-04-2025, 09:00. Разместил: Rss Bot Report

Skotlend Yardın Terrorla Mübarizə Bölməsi 2024-cü ilin iyul ayında Birmingemdə DHL anbarında baş verən yanğında şübhəli bilinən Rumıniya vətəndaşını həbs edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti paytaxt polisinə istinadən məlumat yayıb.

"38 yaşlı Rumıniya vətəndaşı martın 19-da Böyük Britaniyaya uçan təyyarə ilə London Stansted hava limanına gəldikdən sonra həbs edilib. O, 2023-cü il Milli Təhlükəsizlik Qanununun 3-cü maddəsinə əsasən, xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək həbs olunub", - məlumatda deyilir.

Həmin şəxs dindirilib və zaminə buraxılıb. O, iyulda məhkəmə qarşısına çıxmalıdır.


Вернуться назад