Главная > Digər ölkələr > Kişineu məhkəməsi Qutsulu ev dustaqlığına buraxıb
Kişineu məhkəməsi Qutsulu ev dustaqlığına buraxıb10-04-2025, 00:30. Разместил: Rss Bot Report |
|
Kişineu məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun məhkumluğunun ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib. “Sizinxeber.az” xəbər verir ki, bu barədə hökmdə deyilir. “Məhkəmə bu gündən (aprelin 9-da) Yevgeniya Qutsul barəsində 30 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri tətbiq etməklə prokurorların vəsatətinin qismən təmin olunmasına qərar verib”, - qərarda bildirilir. Daha əvvəl Moldova prokurorluğu Qaqauz rəhbərinin həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Onun 20 günlük həbs müddəti aprelin 14-də başa çatır. Çərşənbə günü prokurorlar Qutsulun həbsinin uzadılması barədə vəsatət qaldırıblar. Вернуться назад |