Главная > Digər ölkələr > Almaniya və Avstriya Serb Respublikası lideri ölkəyə girişini qadağan edəcək
Almaniya və Avstriya Serb Respublikası lideri ölkəyə girişini qadağan edəcək4-04-2025, 00:00. Разместил: Rss Bot Report |
|
Almaniya və Avstriya Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik və daha iki siyasətçinin ölkələrinə girişini qadağan edəcək. "Report" xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniya Xarici İşlər Nazirliyinin Avropa və İqlim məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Anna Lührmann bəyanatlarında bildiriblər. “Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniyanın Avropa və İqlim məsələləri üzrə dövlət naziri Anna Lührmann Sarayevoda birgə görüşdə Bosniya və Herseqovinadakı vəziyyəti müzakirə ediblər”, – mətndə deyilir. Qeyd olunub ki, Bosniya və Herseqovinada konstitusiya böhranına xüsusi diqqət yetirilib. Maynl-Rayzinger və Lührmann konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görülməsi ilə razılaşırlar. Maynl-Raynzinger və Lührmann sözlərinə görə, Dodik qırmızı xətləri keçib, Qərbi, Balkan ölkəsinin təhlükəsizliyini, sabitliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü təhdid edir. Вернуться назад |