Главная > Digər ölkələr > İsrailin müdafiə naziri HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib
İsrailin müdafiə naziri HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib11-02-2025, 00:30. Разместил: Rss Bot Report |
|
İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib. "Sizinxeber.az" xəbər verir ki, onun bəyanatını "Ynet" portalı yayımlayıb. Nazir hərəkatın girovların azad edilməsi prosesinin dayandırılması barədə bəyanatını razılaşmanın pozulması kimi qiymətləndirib. "HƏMAS-ın bəyanatı atəşkəs razılaşmasının tam pozulmasıdır. Mən İsrail Ordusuna Qəzzada mümkün olan istənilən ssenariyə hazır olmağı tapşırdım", - Katz bildirib. Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib. Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib. Вернуться назад |