Главная > Digər ölkələr > Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır
Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır6-02-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Bu il Polşa ordusunda hərbçilərin sayı 230 minə çatdırılacaq. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk", - nazir qeyd edib. 2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir. Вернуться назад |