Главная > Digər ölkələr > Rutte: Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək
Rutte: Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək3-02-2025, 22:30. Разместил: Rss Bot Report |
|
Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər. “Report” TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib. "NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o, deyib. M.Rutte həmin səbəbləri açıqlamayıb. Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdir”. Вернуться назад |