Главная > Digər ölkələr > "Rəfah" sərhəd-keçid məntəqəsi Qəzzadan pasiyentləri qəbul etməyə hazırdır
"Rəfah" sərhəd-keçid məntəqəsi Qəzzadan pasiyentləri qəbul etməyə hazırdır31-01-2025, 18:00. Разместил: Rss Bot Report |
|
Misir-Qəzza sərhədindəki "Rəfah" sərhəd-keçid məntəqəsi Qəzza zolağından pasiyentləri qəbul etməyə hazırdır. “Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Misirin Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqaver bildirib. "Bir neçə gün əvvəl bütün jurnalistlərə bildirdim ki, "Rəfah" sərhəd-keçid məntəqəsi tezliklə yaralıları qəbul etməyə başlayacaq. Bu gün onun açılışı elan olunub. Biz pasiyentləri qəbul etməyə başlayacağıq", - qubernator bəyanatında bildirib. Qəzzanın Səhiyyə Nazirliyindən qeyd edilib ki, Fələstin anklavından ilk qrup fevralın 1-i "Rəfah" sərhəd-keçid məntəqəsindən keçəcək. Вернуться назад |