Главная > Digər ölkələr > Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir
Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir13-01-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə problemi üzrə qapalı danışıqlar keçirilir. “Sizinxeber.az” ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın XİN başçısının müavini Kazem Qarib-Abadi bildirib. Danışıqlar mətbuat üçün qapalıdır. Onların keçirildiyi konkret yer və iştirakçıların səviyyəsi açıqlanmayıb. Daha əvvəl Qarib-Abadi bildirmişdi ki, İranla Avropa arasında nüvə sazişinin bağlanması məsələsi üzrə yeni məsləhətləşmələr mərhələsi yanvarın 13-də keçiriləcək. İranla "Avropa üçlüyü" arasında nüvə proqramı üzrə son danışıqlar ikiillik fasilədən sonra 2024-cü il noyabrın 29-da Cenevrədə keçirilib. Danışıqlarda İran nümayəndə heyətinə İran XİN başçısının siyasi məsələlər üzrə köməkçisi Məcid Təxt-Ravançi rəhbərlik edib. Вернуться назад |