Главная > Digər ölkələr > Fransa Ukraynaya 6 ədəd “Mirage 2000-5” verəcək
Fransa Ukraynaya 6 ədəd “Mirage 2000-5” verəcək12-11-2024, 19:30. Разместил: Rss Bot Report |
|
Fransa Ukraynaya 6 ədəd tam təminatlı “Mirage 2000-5” qırıcı təyyarəsi verməyi planlaşdırır. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı Frank Jilettinin ölkənin 2025-ci il büdcə layihəsinin müzakirəsi çərçivəsində parlamentin milli müdafiə və ölkənin silahlı qüvvələr komitəsi üçün hazırladığı məruzəsində deyilir. “Qısamüddətli perspektivdə 6 ədəd “Mirage 2000-5” təyyarəsinin və və onunla bağlı tam dəstək modelinin Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsi qırıcı təyyarələrimizin fərdi formatını daha da zəiflədəcək”, - Franssa Milli Assambleyasının saytında dərc olunan sənəddə deyilir. “Fransa prezidentinin 2025-ci ildə bir neçə “Mirage 2000-5” təyyarəsinin Ukrayna silahlı qüvvələrinə veriləcəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanat potensialın çatışmazlığını daha da pisləşdirəcək”, - deputat iddia edir. Eyni zamanda, o, təyyarələrin istehsal qrafikinin hələ də hərbi iqtisadiyyatın gözləntilərini doğrultmaqdan uzaq olduğunu vurğulayır. Вернуться назад |