Главная > Digər ölkələr > Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir
Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir4-11-2024, 00:30. Разместил: Rss Bot Report |
|
Moldovada baş tutmuş prezident seçkilərinin ikinci turunda 52,02 faiz səslə Aleksandr Stoyanoqlo öndədir. “Report” xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 76 %-ini emal etdikdən sonra açıqlayıb. Hazırkı dövlət başçısı Maya Sandu isə, ilkin nəticələrə görə, seçicilərin 47,98 faizinin etibarını qazanıb. Moldova prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 21:30-a (Bakı vaxtı ilə 23:30) qədər seçici fəallığı 54,13 % təşkil edib. Oktyabrın 20-də keçirilmiş birinci turda bu vaxta qədər 51,4 %, 2020-ci il prezident seçkilərinin ikinci turunda isə 52,8 % seçici səs vermişdi. Qeyd edək ki, ikinci tura ilk turda 42,49 % səs toplayan hazırkı prezident Maya Sandu və 25,95 % seçicinin dəstəyini qazanan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo çıxıb. İkinci turun qalibi daha çox səs toplayan namizəd olacaq. Вернуться назад |