Главная > Digər ölkələr > Berlin metrosunda “Gaza” və “Palestine” qazlı içkilərinin satışına başlanılıb

Berlin metrosunda “Gaza” və “Palestine” qazlı içkilərinin satışına başlanılıb


2-11-2024, 12:00. Разместил: Rss Bot Report

Almaniya paytaxtı Berlinin mərkəzindəki “Aleksanderplats” metrostansiyasında yerləşən çörək dükanında “Gaza” və “Palestine” adlı (Qəzza və Fələstinin ingilis dilində yazılışlarıdır – red.) qazlı içkilərin satışına başlanılıb.

“Report” xəbər verir ki, bu barədə TASS “Bild” qəzetinə istinadən məlumat yayıb.

Bir içki bankasının qiyməti 1,80 avrodur.

İstehsalçıların sözlərinə görə, satışdan əldə olunan gəlir ehtiyacı olan fələstinlilərə gedəcək.


Вернуться назад