Главная > Digər ölkələr > Meksikada polad zavodunda partlayışda 12 nəfər ölüb
Meksikada polad zavodunda partlayışda 12 nəfər ölüb31-10-2024, 00:30. Разместил: Rss Bot Report |
|
Meksikanın Tlakskala ştatında polad zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb. "Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın Mülki Müdafiə İdarəsi məlumat yayıb. Hadisə Meksika-Verakruz federal magistralının 123-cü kilometrliyində yerləşən SIMEC obyektində qeydə alınıb. "Prokurorluq bu hadisəyə görə məsuliyyət daşıyanların müəyyən olunması üçün artıq təhqiqata başlayıb", - ştat qubernatoru Lorena Kuellar “X”dəki səhifəsində qeyd edib. Вернуться назад |