Главная > Digər ölkələr > Avstraliyada iki təyyarə toqquşub, ölənlər var
Avstraliyada iki təyyarə toqquşub, ölənlər var26-10-2024, 10:00. Разместил: Rss Bot Report |
|
Sidneydən 80 km cənub-qərbdə yerləşən Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb. “Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb”, - məlumatda bildirilib. Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq. Вернуться назад |