Главная > Digər ölkələr > Ukraynanın XİN başçısı BƏƏ-li həmkarı ilə ədalətli sülhün əldə edilməsini müzakirə edib
Ukraynanın XİN başçısı BƏƏ-li həmkarı ilə ədalətli sülhün əldə edilməsini müzakirə edib9-10-2024, 07:00. Разместил: Rss Bot Report |
|
Ukraynanın xarici işlər naziri Andriy Sibiha Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş nazirinin müavini, xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə telefon danışığı aparıb. “Sizinxeber.az” xəbər verir ki, bu barədə ukraynalı diplomat bildirib. “Əlahəzrət Şeyx Abdullah bin Zayed Al Nahyan ilə məhsuldar telefon söhbəti apardım. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinə görə təşəkkür etdim. Ölkələrimiz arasında yüksək səviyyəli ikitərəfli dialoqu davam etdirməyin və Ukrayna Sülh Formulu əsasında Ukrayna üçün ədalətli sülhün əldə edilməsinin vacibliyini vurğuladım”, – Sibiha qeyd edib. Xatırladaq ki, ötən ay BƏƏ-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutmuşdu. Вернуться назад |