Главная > Digər ölkələr > Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb
Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb29-08-2024, 00:30. Разместил: Rss Bot Report |
|
Fransada istintaq hakimi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb. “Report”un məlumatına görə, bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir. O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib. Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib. Вернуться назад |