Главная > Digər ölkələr > İsrail Müdafiə Qüvvələri Qəzzanın ətrafını nəzarətə götürməyə başlayıb
İsrail Müdafiə Qüvvələri Qəzzanın ətrafını nəzarətə götürməyə başlayıb20-08-2025, 21:30. Разместил: Rss Bot Report |
|
HƏMAS İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağında son hücumundan sonra "döyülmüş və əzilmiş partizan təşkilatı"dır. "Sizinxeber.az" "Times of İsrael"ə istinadən xəbər verir ki, bunu İMQ sözçüsü general-mayor Effi Defrin mətbuat konfransında bildirib. "Biz terror istinadgahı olan Qəzza şəhərində HƏMAS-a, yer üstündə və yer altında terror infrastrukturuna zərbələri dərinləşdirəcək və əhalinin HƏMAS-la əlaqəsini kəsəcəyik", - deyə o bildirib. Defrin bildirib ki, İMQ artıq şəhərin ələ keçirilməsi planlaşdırılan hücumdan əvvəl Qəzzada ilkin əməliyyatlara başlayıb. "İMQ qüvvələri artıq Qəzza şəhərinin ətraflarını nəzarətə götürür", - deyə o bildirib. Вернуться назад |