Главная > Digər ölkələr > Lavrov: Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib
Lavrov: Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib20-08-2025, 16:00. Разместил: Rss Bot Report |
|
Rusiya Avropa liderlərinin Vaşinqtona səfərləri zamanı onlardan Ukraynada vəziyyətin nizamlanması ilə bağlı konstruktiv ideyalar eşitməyib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib. "Biz hələlik yalnız vəziyyətin son dərəcə gərginləşdirilməsini, ABŞ Prezidenti Donald Trampın mövqeyini dəyişdirmək cəhdlərini görürük", - o qeyd edib. S.Lavrovun sözlərinə görə, Avropa ölkələri liderlərinin bu cür mövqeyini bazar ertəsi (18 avqust - red.) Vaşinqtonda keçirilən görüş zamanı müşahidə etmək olardı. "Biz orada avropalıların dilindən heç bir konstruktiv ideya eşitmədik", - nazir qeyd edib. Вернуться назад |