Главная > Digər ölkələr > Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusiyalı generalı ağır yaralayıb
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusiyalı generalı ağır yaralayıb20-08-2025, 15:00. Разместил: Rss Bot Report |
|
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XQQ) Kursk vilayətində Rusiya ordusunun general-leytenantı Esedulla Abaçevi ağır yaralayıb. "Report"un məlumatına görə, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb. "Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçev XQQ-nin xüsusi əməliyyatı nəticəsində ağır yaralanıb. Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının komandan müavininin avtomobilinin atəşlə vurulmasını Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi həyata keçirib. Bu, avqustun 17-si gecə Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib", - məlumatda qeyd olunur. XQQ-nin məlumatına görə, yaralanma nəticəsində generalın əli və ayağı amputasiya edilib. O, təcili olaraq təyyarə ilə Moskvaya çatdırılıb. Вернуться назад |