Главная > Digər ölkələr > Tramp: İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi

Tramp: İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi


20-08-2025, 04:30. Разместил: Rss Bot Report

“İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.

“Onlar bundan istifadə edərdilər”, - Ağ Evin rəhbəri bildirib.

Tramp əlavə edib ki, Amerikanın İranın nüvə obyektlərini bombalaması Tehranın bu cür silahlar hazırlamasına mane olub.

Cari ilin iyunun 22-nə keçən gecə Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Onun sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib.


Вернуться назад