Главная > Digər ölkələr > Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb
Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb19-08-2025, 15:30. Разместил: Rss Bot Report |
|
Pakistanın Xayber-Paxtunxva bölgəsində son üç gün ərzində yağan güclü yağışlar və daşqınlar nəticəsində 358 nəfər həlak olub. “Sizinxeber.az” “Dawn” portalına istinadən xəbər verir ki, bu barədə Xayber-Paxtunxva əyalətinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Avqustun 15-də başlayan güclü yağışlar əyalətə böyük ziyan vurub. Ötən həftə yerli hökumət fövqəladə vəziyyət elan edib. "Proqnozlara görə, yağışlar avqustun 21-dək davam edəcək", - idarənin rəsmi nümayəndəsi Ənvər Şahzad bildirib. Вернуться назад |