Главная > Digər ölkələr > Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb18-08-2025, 09:30. Разместил: Rss Bot Report |
|
Rusiyanın Ryazan vilayətindəki "Elastik" zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı məlumat yayıb. "Bu gün yerli vaxtla saat 7.00-a olan vəziyyətə görə, Şilov rayonunda baş verən fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 nəfər xəsarət alıb, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarında stasionar, 103 nəfər isə ambulator müalicə alır", - məlumatda bildirilib. Xatırladaq ki, avqustun 15-i səhər saatlarında "Elastik" zavodunun barıt sexində partlayış və yanğın baş verib, sexin binası tamamilə dağılıb. Вернуться назад |