Главная > Digər ölkələr > AK Prezidenti Tramp-Zelenski görüşündə iştirak etmək niyyətindədir
AK Prezidenti Tramp-Zelenski görüşündə iştirak etmək niyyətindədir17-08-2025, 15:30. Разместил: Rss Bot Report |
|
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətində olduğunu bildirib. “Sizinxeber.az”un xəbərinə görə, o, bu barədə X sosial şəbəkəsində yazıb. “Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacağam”, - deyə o bildirib. AK rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də axşam Brüsseldə Prezident Volodimir Zelenskini qəbul edəcək və birlikdə “Könüllülər Koalisiyası”nın videokonfransına qatılacaqlar. Вернуться назад |