Главная > Digər ölkələr > Yeni Kaledoniya sahillərində 5,6 maqnitudalı zəlzələ olub
Yeni Kaledoniya sahillərində 5,6 maqnitudalı zəlzələ olub16-08-2025, 18:00. Разместил: Rss Bot Report |
|
Yeni Kaledoniya yaxınlığında yerləşən Luayote adalarının cənub-şərqində 5,6 maqnitudalı zəlzələ baş verib. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib. Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri Numea şəhərindən 458 km cənub-şərqdə yerləşib. Ölən və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. Вернуться назад |