Главная > Digər ölkələr > Starmer Tramp və Zelenski ilə Alyaskadakı danışıqların nəticələrini müzakirə edib

Starmer Tramp və Zelenski ilə Alyaskadakı danışıqların nəticələrini müzakirə edib


16-08-2025, 12:00. Разместил: Rss Bot Report

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodmir Zelenski ilə telefon danışıqları aparıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Telefon danışıqları zamanı ABŞ liderinin rusiyalı həmkarı ilə Alyaskada apardığı danışıqların nəticələri müzakirə edilib.

Qeyd olunur ki, K.Starmer səhər saatlarında NATO-nun Avropadan olan digər üzv dövlətlərinin liderləri ilə birlikdə Trampla telefon danışığına qoşulub və tezliklə özü də avropalı liderlərlə danışıqlar aparacaq.


Вернуться назад