Главная > Digər ölkələr > Tramp Zelenski və NATO ölkələrinin liderləri ilə telefonla danışıb - YENİLƏNİB
Tramp Zelenski və NATO ölkələrinin liderləri ilə telefonla danışıb - YENİLƏNİB16-08-2025, 11:30. Разместил: Rss Bot Report |
|
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır. “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib. Qeyd olunub ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə məlumatlandırıb. 10:51 ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb. “Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib. Onun sözlərinə görə, Tramp telefon danışığını Alyaskadan Vaşinqtona gedərkən təyyarədə aparıb. Вернуться назад |