Главная > Digər ölkələr > Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb


16-08-2025, 11:00. Разместил: Rss Bot Report

Pakistanda baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Ölkənin şimal-qərb hissəsində xilasedicilər gecə ərzində sürüşmələr və daşqınlar nəticəsində dağılmış evlərin dağıntıları altından daha 63 nəfərin meyitini çıxarıblar.

Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.


Вернуться назад