Главная > Digər ölkələr > Putin Trampla görüş üçün Alyaskaya yola düşüb
Putin Trampla görüş üçün Alyaskaya yola düşüb15-08-2025, 19:00. Разместил: Rss Bot Report |
|
Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub. Bu barədə “Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskada yerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq. Peskov qeyd edib ki, Alyaskaya uçuş zamanı Putin qarşıdan gələn sammitin müxtəlif mövzuları - Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərində gərginlik yaradan məsələlərə qədər materiallar üzərində işləyəcək. Onun sözlərinə görə, bu, mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla genişspektrli məsələlər toplusudur. Вернуться назад |