Главная > Digər ölkələr > Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb9-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Rusiyada Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. “Təyyarələrin qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir. Qeyd olunur ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir. Вернуться назад |