Главная > Digər ölkələr > Litva Ukrayna üçün “Patriot” sistemlərinin alınmasına 30 milyon avro ayıracaq

Litva Ukrayna üçün “Patriot” sistemlərinin alınmasına 30 milyon avro ayıracaq


26-07-2025, 14:30. Разместил: Rss Bot Report

Vilnüs Ukrayna üçün “Patriot” zenit-raket komplekslərinin alınmasına 30 milyon avro yönəldəcək.

“Report” xəbər verir ki, bu barədə BNS agentliyinə Litvanın müdafiə naziri Dovile Şakalene məlumat verib.

"Litva ABŞ-də istehsal olunan silahların, konkret olaraq “Patriot” sistemlərinin alınması prosesinə qoşulacaq və bu məqsədlə təxminən 30 milyon avro ayıracaq. Bununla biz ABŞ Prezidenti Donald Trampın bu qərarını tam dəstəklədiyimizə dair strateji mesaj veririk", - o qeyd edib.


Вернуться назад