Главная > Digər ölkələr > Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb
Rusiyanın Xarkova hücumu nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb25-07-2025, 18:30. Разместил: Rss Bot Report |
|
Rusiya Silahlı Qüvvələrinin Xarkovda yerləşən Vərəm Dispanserinə havadan endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla 17 nəfər xəsarət alıb. “Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən bildirib. "Son məlumatlara görə, həkimlər 17 nəfərə, o cümlədən 12 yaşlı qıza tibbi yardım göstəriblər", - o qeyd edib. O.Sinequbov dəqiqləşdirib ki, zədələnmiş tibb müəssisəsinin əməkdaşı xəstəxanadadır. Digər xəsarət alanlara yerində lazımi yardım göstərilib, onlar xəstəxanaya yerləşdirilməyiblər. Вернуться назад |