Главная > Digər ölkələr > Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb
Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb21-07-2025, 21:00. Разместил: Rss Bot Report |
|
Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır. “Sizinxeber.az”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib. “Görüşün gündəliyi bizə aydındır - məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, - o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb. Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerovun Rusiyaya gələn həftə danışıqların üçüncü raundunun keçirilməsini təklif etdiyini açıqlamışdı. TASS-dakı mənbə bildirib ki, danışıqların yeni raundu iyulun 24-25-də İstanbulda keçirilə bilər. Вернуться назад |