Главная > Digər ölkələr > Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib
Britaniyada etiraz aksiyalarında 100-dən çox adam həbs edilib19-07-2025, 23:00. Разместил: Rss Bot Report |
|
Böyük Britaniyada Fələstin tərəfdarı “Palestine Action” hərəkatının krallıqda qadağan olunmuş təşkilatlar siyahısına daxil edilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı 100-dən çox adam saxlanılıb. “Report”un “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə nümayişlərin keçirildiyi həmin şəhər və rayonların polisinin bəyanatında deyilir. İngiltərənin cənub-qərbində Mançesterdə 18, Bristolda 17, Kornuolda Truro şəhərində 8 Londonda isə 65 nəfər saxlanılıb. Əksər hallarda həbslər 2000-ci il Terrorizm Aktının 6 aya qədər həbs cəzasını nəzərdə tutan 13-cü maddəsinə əsasən həyata keçirilib. Aksiyaları “Defend Our Juries” hüquq müdafiə təşkilatı təşkil edib. Вернуться назад |