Главная > Digər ölkələr > Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar

Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar


18-07-2025, 10:30. Разместил: Rss Bot Report

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni sanksiyalar paketi fiziki və hüquqi şəxslərin siyahısının genişləndirilməsini, Rusiya neftini daşıyan tankerlərə və bir sıra banklara qarşı məhdudiyyətləri, həmçinin ikili təyinatlı mal və texnologiyalara qarşı yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur.

Aİ Şurası yaxın saatlarda sanksiyalar paketini yazılı prosedurla təsdiq etməlidir, bundan sonra sanksiyalar qüvvəyə minəcək.


Вернуться назад