Главная > Digər ölkələr > Slovakiya Rusiyaya qarşı sanksiyaları bloklamayacaq
Slovakiya Rusiyaya qarşı sanksiyaları bloklamayacaq18-07-2025, 01:00. Разместил: Rss Bot Report |
|
Slovakiya Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketinin qəbul edilməsini bloklamayacaq. "Report"un məlumatına görə, bu barədə ölkənin baş naziri Robert Fitso "Facebook" sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib. "Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketinə yol açmaq üçün təlimat verirəm", - baş nazir bəyan edib. Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlar kontekstində əks-məhsuldar addım olar. Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalarla bağlı müzakirələr iyulun 18-də keçiriləcək. Вернуться назад |