Главная > Digər ölkələr > KİV: Qırğızıstan xüsusi xidmət orqanları Bişkek merinin müavinini saxlayıb

KİV: Qırğızıstan xüsusi xidmət orqanları Bişkek merinin müavinini saxlayıb


16-07-2025, 11:30. Разместил: Rss Bot Report

Qırğızıstanda xüsusi xidmət orqanları Bişkek merinin nəqliyyat və tikinti məsələləri üzrə müavini Jamalbeq Irsaliyevi saxlayıb.

Bu barədə “Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, J.Irsaliyev ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla birlikdə paytaxt bələdiyyəsinin bir neçə məmuru da saxlanılıb.

Bişkek merinin müavininin və digər saxlanılanların nədə şübhəli bilindiyi hələlik məlum deyil.


Вернуться назад