Главная > Digər ölkələr > Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb28-06-2025, 10:00. Разместил: Rss Bot Report |
|
Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb. "Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb", - məlumatda bildirilib. Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb. Вернуться назад |