Главная > Digər ölkələr > Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib

Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib


27-06-2025, 17:00. Разместил: Rss Bot Report

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiya təzyiqinin beynəlxalq tərəfdaşlarla sinxronlaşdırılması barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının qüvvəyə minməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərman Ukrayna dövlət başçısının saytında dərc edilib.

Sənədə əsasən, Ukrayna Rusiya Federasiyasına və onunla əlaqəli subyektlərə qarşı sanksiyaları Avropa İttifaqı və "G7"nun digər iştirakçıları ilə sinxronlaşdırır.

Sənədin məqsədi Ukraynaya qarşı başlatdığı müharibəyə görə "Rusiya Federasiyası üçün maksimum sərt nəticələri" təmin etməkdir.

Prezident Volodimir Zelenski iyunun 19-da Ukraynanın tərəfdaşlarla sanksiyaları sinxronlaşdıracağını və Rusiyanın enerji sektoruna təzyiqi gücləndirəcəyini bildirmişdi.

Gülnar Mahmudova


Вернуться назад